Gönderen Konu: Homoseksual şəxsin həyat sorğusu  (Okunma sayısı 40 defa)

psikolog

  • Global Moderator
  • Hero Member
  • *****
  • İleti: 4874
    • Profili Görüntüle
Homoseksual şəxsin həyat sorğusu
« : 17 Ekim 2026, 07:45:06 ös »

3. terapiya. 10.10.2026  İstanbul. Türkiyə. Niyə bura gəldim ki ? Həqiqətən də düzəlmək istəyirəm, yoxsa, valideynlərin gözündən pərdə asıram, ya da özümü aldadıram. Beynim bu suallarla nə qədər qarışıq olsa da, terapiyaya başlamışdım artıq. Müqavimət, qarşımdakının məni anlamaması, yola vermək kimi axmaq düşüncələr keçirdi beynimdən. Lakin, mən diqqətlə dinləyirdim. Bəlkə bir yerdə səhv buraxar da sonra bitirərəm deyə. Halbuki, adamın hər sözündə haqlı olduğunu görürdüm. Biri var deyirlər teoriya, biri də var bunları həyata keçirtmiş birisi. Bu insan həqiqətən də ikincisiniə aid idi. Elə onsuz da

ona görə ona bu şansı fürsətə çevirib ikinci dəfə Türkiyəyə onun yanına terapiyaya gəlmişdim. Özümü yalnız, tənha, sanki heç kim çəkdiyim əziyyəti başa düşmürmüş kimi hiss edirdim. Terapiyanı səs yazısına almışdım sonra dinləyərəm deyə. Terapiya bitdi və biz bir yerdə evə qayıdası olduq. Yolda mənə bəzi suallar verir, qardaşımın vəziyyəti ilə bağlı mənə və ona tövsiyyələr verirdi. Mən də başımla təsdiqləyərək keçirdim. Amma, digər tərəfdən birlikdə dönüşün səmimiyyət olduğuna inanırdım və sanki bu insan mənə sadə biri kimi gəlmişdi. Nəysə, çox uzatdım onun haqqında. Özüm haqqında danışım

bir az. Mən bu terapiyadan az təsirlənmişdim. Səbəbi isə uzun müddət buraxmağım və arada yaşadığım gey həyatı idi. Beynim qarışıq idi. Sosial şəbəkələrə girir, yeni insanlarla tanış olur və uyğun birisini axtarırdım görüşmək üçün. Bunları etdikcə də digər tərəfdən beynimə düzəlməyəcəksən deyə neqativ düşüncələr gəlir, əsas hədəfdən yayındığımı düşünürdüm. Olsun, bir dəfədən heç nə olmaz dedim və getdim. Susqunluq, narahatlıq və özünü aldatma və tənhalıq.

Dünən 4-cü terapiya oldu artıq. Dirənişin bu səfər əvvəlki terapiyalara nisbətən bir az azaldığını hiss etdim və bu dəfə daha istəkli getmişdim. Qapıdan məni Hüseyin bəy qarşıladı. İçəridə başqa bir psixoloq da var idi. Sağolsun mənə çay gətirdi. Xarici ölkədə olduqda hamını özümə qarşı soyuq hiss edirəm, lakin, bu cür insanları gördükdə bu düşüncənin bir hissədə yanlış olduğunu da anlayıram. Terapiyaya başladıq. Yazı yazmamışdım. Hüseyin bəy terapiya yazısının faydalarından danışmağa başladı. Mənə tənbəl olduğumu, insanlarla qaynayıb qarışmaq istəmədiyimi və addım atmadığımı

mülayimcəsinə başa salırdı. Mən isə başa düşməyə çalışırdım. Sonda həqiqətən də bu yolda istəksiz və tənbəl olduğumu anladım. Belə davam etməyəcəkdi. Bir addım atmaq lazım idi. Hətta terapiyanın sonunda bir pasiyentiylə də görüşdüm. Səmimi biri idi. Hüseyin bəyin yanına 3 ildir gəldiyini və bu dövr ərzində daha özgüvənli olduğunu danışırdı. O da yazmağın effektiv olduğunu vurğulayırdı. Çıxdıqdan sonra ilk işim İstanbuldakı dostuma yazmaq oldu. Sosiallaşmaq adına vaxtı olduqda görüşək dedim. Həqiqətən bu terapiyadan çıxdıqda bədənimə bir yüngüllük gəlmişdi. Hətta çıxdıqdan

sonra atamla telefonda danışanda belə ona bu haqda demişdim. Bunun yaxşı bir şey olduğuna inanırdım. Bir də başım bir az otel axtarmağa qarışmışdı və bunu Hüseyim bəyə demişdim. Mənə bu haqda çox düşünməməyimi, qaldığım yerdən asılı olmayaraq terapiyaya gəldiyimi demişdi. Əslində doğru idi. Bu, həqiqətən vaxtımı alır və işığa gedən yolda atacağım addımlardan məni yayındırırdı. Qərarlı olub bunu sonlandırmalıydım. Elə də etdim. Bir də terapiyanın bir şeyini hiss etmişdim. Hər getdikcə sanki o gey həyatının tədricən cazibəsi azalırdı.  Bu, dolayı yolla asılılığıma da

müsbət yöndən təsir göstərirdi. Həm də yurddan bir uşaqla tanış olmuşdum. Darıxanda ona yazırdım çıxaq gəzək deyə və beləcə həm alternativ tapırdım, həm də sosiallaşırdım. O da mənə yurdda qalmağın mənim gələcək həyatıma mübət təsiri olduğunu vurğulamışdı. Əslində bəlkə də yurdda qalmağımın ən böyük səbəbi elə o oldu.

psikolog

  • Global Moderator
  • Hero Member
  • *****
  • İleti: 4874
    • Profili Görüntüle